"Ağ Evi geri alacağıq" - Donald Tramp 

11:22 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarına 2024-cü ildə Ağ Evə qayıdacaqlarına söz verib.

Hafta.az xəbər verir ki, bunu Donald Tramp Arizonada keçirilən mitinqdə deyib. O bildirib:

“2024-cü ildə biz Ağ Evi geri alacağıq”.

Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı məsələsi açıq olaraq qalır, siyasətçi əvvəllər bununla bağlı ünvanlanan suala konkret cavab verməyib.